Bilirsən, yarının bir yarı vardır,
Rəqibinlə onun ilqarı vardır.
Nə etmək, mən fəqirəm, yar sultan,
Mənə yar olmasından arı vardır.
Nə lazımdır mənə sünbüllə reyhan,
Onun ki, türreyi-tərrarı vardır.
Könül qəm çəkmə, dəhrin gülşənində,
Açan hər bir gülün min xarı vardır.
Yazıq Heyranı gəl incitmə canan,
Ki, aşiqdir sənə, iqrarı vardır.