Eşqində nəzar, həm qəmin mən,
Qayətdə lətifü nazənin sən.
Sən cümlə gözəllərin içində
Xurşid cəmal, məhcəbinsən.
Vəslində qalıb zəbanim aciz,
Tərifdə mahi-biqərinsən.[i]
Insan da olurmu boylə incə,
Ey şux, məgər ki, huri-eynsən?[ii]
Sən tək hanı gövhər, ey pəriru!
Lölöi-tərü, düri-səminsən.[iii]
Nə hüsn desən varındı, əmma,
Nə faidə, xuyi atəşinsən.[iv]
Yarın səni atdı, getdi nakam
Heyrani-fəqir sən qəminsən!
[i] Mahi-biqərin–Misilsiz ay.
[ii] Huri-eyn – Qaraköz huri.
[iii] Dürri-səmin – Saf dürr.
[iv] Atəşin– Odlu.