Bir gün bezdim, mәn kölgәmә dedim ki;
- Bәsdir daha, әl götür bir yaxamdan!
Gecə-gündüz işin, peşәn yoxmudur?
Çәkilmәzsәn bir dәqiqә arxamdan.
Uf demәrәm aylar, illәr uzunu,
Mәn görmәsәm o mübarәk üzünü!
Kölgәm dedi: - Ey vәfasız, sәninlә,
Bir saatda gәlmәdikmi dünyaya?
Dadsız ömrü nә eylәrdim? Әzәldәn,
Mәn sәninçün düşmәdimmi qovğaya?
Eh, bilsәn dә, bilmәsәn dә eyniyik;
Mәnә qalsa, biz ayrılan deyilik.
2 dekabr, 1922