Oxuyurdu tarlada
Kolxozun gözәl qızı:
“Var olsun insanlığın
Beş guşәli ulduzu.
Yaşasın Şuraların
Şәrәfli istiqlalı!
Yaşasın ölkәmizin
Bu pambıq istiqbalı.
Ölkәmiz cәnnәt oldu,
Pambığa bax, pambığa!
Bu tarlalar bizimdir,
Nә bәy vardır, nә ağa;
Aç deyirәm aç, sәnә,
Aç, mәnim ağ gülüm, hey!
Qış günündә qar kimi
Quşbaşı yağ, gülüm, hey!
Pambığın feyzindәdir,
Sarsıldı köhnә hәyat.
Dünyaya örnәk oldu
Kollektiv tәsәrrüfat”.
Mәn dә qoşdum sәsimi
Bu gәncliyin sәsinә;
Belә bir dastan yazdım
Bu pambıq ölkәsinә.
Muğan, Mil çöllәrindә,
Sallanar salxım-salxım;
Qaraoğlan ellәrindә
Camalına mәn baxım.
Qarayazı düzündә
Çiçәklәr tabax-tabax,
Araratın dizindә
Әndamına bir gәl bax!
Arazın qucağında
Naz calanır nazına.
Kürün hәr bucağında
Qoşulmuş el yazına.
Tәpәlәr çәtәyindә
Sallanır qәşәng-qәşәng.
Dağların әtәyindә
Geyinir yaşıl ipәk.
Gәncә, Şirvan, Qarabağ
Sevir bu gülyanağı;
Müxtәsәr... yaxın-uzaq
Ellәrimin qonağı
Hәr yerdә şuxluq elәr,
Bu gözәl nә yamandır;
Ulduzlara göz qırpar,
Aman, allah, amandır!
Bulaqlardan daha şәn,
Buludlarla çәkişәn,
Gülxәtmiyә naz satan,
Yetәn gülә söz atan,
Gördüm o şәhlәvәndi,
Mәftun eylәmiş kәndi.
Şәhәrlәr heyranıdır,
Dәzgahlar qurbanıdır.
Kim aşiq olmaz hәlә,
Belә yosma gözәlә.
Yaşıl sağrı başmaqlı.
Ağ bәnizli, yaşmaqlı,
Hәr zaman siması şәn,
Gәlinlәrә irişәn,
Qızlara “gәl-gәl” deyәn
Arınçıya bir hayan,
Yaşıl geyim, gül dodaq,
Dağlardakı qardan ağ,
Dişlәri var - mirvari
Onun yanında sarı...
Әllәri tumbul-tumbul
Dәrdindәn öl dә qurtul,
Yanında mәrmәr bir heç,
Әsir olarsan tez-gec!
Çaylardakı ağ köpük
Yanında bir boz çöpük.
Saçlarına gәlincә,
İpәkdәn daha incә.
Canı var süddәn bәyaz,
Kasıbca boydan biraz,
Lakin әda, nә әda!
Darılmasın mәbada!
Bir dәqiqә qoy gözdәn,
Dönәr verdiyi sözdәn,
İtirәr әmәyini,
Ağılar yemәyini;
Bir küsdümü, barışmaz,
Xeyrә, şәrә qarışmaz...
Bir gün dedim: “Gözәlim,
Sәnin әslin haralı?
Hansı bağın gülüsәn,
Hansı dağın maralı?
Kimlәr öyrәtmiş sәni
Bu söhbәtә, bu saza?
Can dayanmaz sәndәki
Bu qәmzәyә, bu naza.
Günәşlәrin altında,
Qaralmazsan nәdәndir?
Xәzan sәnin bayramın,
Saralmazsan nәdәndir?
Keçib gedәn yolçunu,
Öz yolundan eylәrsәn;
Qışın oğlan zamanı,
Ağca masal söylәrsәn.
Gözlәyir kolxozçular,
Uğurlu yollarını.
Gizli, açıq düşmәnin,
Bağladın qollarını.
Nә yaman bir pәrisәn -
Sәn getdikcә bağlara.
Su sәpildi yoluna,
Xәbәr düşdü dağlara.
Bәrәkәtli ellәrdә,
Kölgәni sarqıdalı;
Orda-burda keşikçin
Dal qılınc qarğıdalı”.
Xәcalәtdәn utandı,
Görüb çatma qaşını,
Darıya bax, darıya,
Dikdi yerә başını.
“Çıx yolumdan!” dedin sәn
Boz yovşana, yarpıza;
Üz verdin bir tәrәfdәn
Şamamaya, qarpıza.
Buğda: “Buyur gәl” dedi,
Bağ sәnin, bostan sәnin;
Arpa çaldı sazını,
Söylәdi: “Dastan sәnin”.
Bu gün әmәk әlilә,
Cәnnәt olan Muğanda.
Ulduzlar heyran oldu,
Sәn şәrәflә doğanda.
Kim deyir ki, әlindәn,
Sevda camı içmәdik!
Sәn Muğana gәlәli
Bizlәr dağa köçmәdik.
Dünәn Mil çöllәrindә,
İlanlar mәlәşirkәn.
Bu nә sirdir: gәldin sәn,
Gül açdı hәr bir tikan?!
Bir qurdun yuvasıydı,
Hәr bir qoltuq, hәr dәrә;
Nә ovsun eylədin ki,
El yığıldı bir yerә?!
Bütün ellәr xeyirli,
Varlı aranda qaldı;
Vaz keçib dağdan, daşdan,
Yer tutdu, yuva saldı.
Onlarda yoxkәn әvvәl,
Sevincin әlamәti.
Düzәldi birdәn-birә,
Qadınların qamәti.
Dılqır әlәk, dılqır sac,
“Әlim xәmir, qarnım ac”.
Deyәn yoxsulların sәn,
Dәrdinә etdin әlac.
Gәlişin ölkәmizә,
Bir uğurlu yol açdı.
Gül kimi yaslılardan
Çiçәk, qızdırma qaçdı.
Hәlә qulaqlarımda,
Xışın xәstә nәğmәsi.
Neylәdin, sәn gәlincә,
Çıxmadı artıq sәsi?
Yarıb yerin bağrını,
Qәhrәman bir әr kimi.
Polad atlar tarlada,
Gәzir qızmış nәr kimi.
Şәkәrdәn daha dadlı,
Daha şirin gülüşun;
Hansı nurlu yollardan,
Ellәrdәndir gәlişin?”
“Hindistanın bağlarından,
Daşdım da gәldim.
Himalay dağlarından,
Aşdım da gәldim.
Bu gün belә Hindi get gәz,
Bax nә deyirlәr:
Hindistanda adım “daras” -
Dillәrdә әzbәr.
Sәrәndibdә qalmadım heç,
Qaynar su içdim.
Hinddә nәfәs almadım heç,
Bәhreynә keçdim.
Fironların zamanında,
Әziz deyildim;
Lakin әsirlәr yanında,
Peşkәş edildim.1
Makedoniya kralları,
Feyzimi buldu.
Adriatik kәnarları,
Oylağım oldu.
Yayılmışdı çox yerlәrә,
Uğursuz adı.
Asma bağda bircə kərə,
Gördüm Şəddadı.
Kefim üçün Neynavada,
Xeylicə gəzdim;
O mədəni el-obada,
Bir şeylər sezdim.
Bir gözәllik gördüm deyə,
Pәrvazə gәldim.
Şer, qәzәl dinlәmәyә,
Şirazә gәldim.
Türküstanda çox dolaşıb,
Ceyhuna çıxdım;
Uca dağlar, bellәr aşıb,
Seyhuna çıxdım.
Sonra ötdüm Buxaraya,
Bir nәfәs aldım;
Orda büründüm xaraya,
Qәznәdә qaldım.
Hәr ölkәdә bir adım var:
Özbәkcә “paxta”.
Sonra qırğızlar, qazaxlar,
Çağırdı “maxta”.
Qәdim zaman dolaşarkәn,
Maçin elindә.
Adlandım “Hoamien”,
Çinli dilindә.
Türküstanı addım-addım,
Tutdum bəyaza;
Xarəzmə get, orda alım,
“Amerikan qoza”.
Bilmәm, kimlәr nә söylәmiş;
Tarixdә alman
Görüb mәni bәhs elәmiş,
“Ağac yunu”ndan.1
Camalınmı divanәsi,
Yaponlar hәtta?!
Mәst edәrәm hәr bir kәsi,
Adım da “vatta”.
Bir sorunuz ingilisdәn,
Nә sözdür “Kotton”?
Bir sәs gәlir hәr dәnizdәn,
Min bir çeşid ton.
Burda mәnim gözәllәrdәn,
Bir rәqibim yox.
Yanlış olmaz әgәr desәk,
Rusca “xlopok”.
***
Bir sasani şahı mәndәn,
Bilmәm nә gördü?
Sözlәrimi eşitmәdәn,
Qafqaza sürdü.
Qarşıladı Araz mәni,
Söhbәtlә, sazla;
Mәn Muğanda ondan bәri,
Sallandım nazla.
Kürün ilıq qucağında,
Yaslandım yerә.
Bu yurdun hәr bucağında,
Çәkildim dövrә.
Bәlkә әslim amerikalı,
Әndamım süddәn;
Yaxud nәslim afrikalı,
Gәlmişәm Hinddәn.
Hәr zaman әmәkçilәr,
Çәkdi cәfamı;
Qәdimlәrdә veyil gәzәnlәr,
Sürdü sәfamı.
Lakin әsl yurdum mәnim,
Muğanla, Mildir;
Muğansız ki, mәnim günüm,
Bir gün deyildir.
İndi artıq bu çöllәrә,
Hәvәslә girdim.
Qәdir bilәn bu ellәrә,
Varımı, verdim...
* * *
Oylağımdır Qarabağın çöllәri,
Yaylağımdır Qarayazı ellәri,
Qaraoğlanda ağca günlәr görmüşәm,
Mil çölündә çox sәfalar sürmüşәm;
Sәrin göllәr, dәrin çaylar keçmişәm,
Bulaqların gur suyundan içmişәm.
Mәnim üçün Kür baş vurur hәr yerә,
Araz Mәcnun olub, düşüb çöllәrә.
Dağlardakı coşğun sellәr mәnimdir,
Aranlarda çaylar, göllәr mәnimdir;
Günәş mәnim, bahar mәnim, yaz mәnim,
Mәclis mәnim, söhbәt mәnim, saz mәnim;
Dәrman mәnәm, dәrd mәnәm,
Şәhәr mәnәm, kәnd mәnәm.
Gәlinlәrin adı var,
Toylarda şәrbәt mәnәm.
Yoxsulun yoldaşıyam,
Rәncbәrin sirdaşıyam;
Əmәkçi xalq üçün mәn,
Bәzәklәrin başıyam.
Mәn bәzәrәm yazları,
Çoxaldaram azları;
Aşıqlara ruh verib,
Çaldıraram sazları.
Gәzәn mәn, gәzәyәn mәn,
Bәzәyib düzәyәn mәn;
Şura bayramlarında,
Ellәri bәzәyәn mәn.
Әkinçilәr yarıyam,
İgidlәr sәrdarıyam;
Qızılın adı çıxmış,
Mәn ondan yuxarıyam.
Naz satıram gümüşә,
O çaşmışdır bu işә;
Bir deyәn yox, zavallı,
Nә düşürsәn tәşvişә.
Bir az әqli var isә,
Deyin çәkilsin misә.
Mәn üzünü ağartdım,
Haqsızdır - bir şey desә.
Dünәn gördüm ipәyi,
Yerdәn gedir әtәyi.
Onun fikri-zikri pul,
Mәn güdmәdim qәpiyi.
Görürsәn bu kәtәni,
Dәng eylәyib yetәni;
Bizә tay olacaqmış,
Bu çöllәrin çәtәni.
Fikirlәşdim mәn özüm,
Buna yoxdur bir sözüm,
Ancaq haqqa qalanda,
Ondan da toxdur gözüm.
Nә vurhavur, nә busat,
Gәlin buna içim and:
Geniş meydana çıxsam,
Bir şey deyil brilyant.
Yığılsın yaqut, sәdәf,
Düzülüb gәlsin sәf-sәf.
Kimin elçisi çoxdur,
Ona çalın zurna, dәf.
Hәr kәsdә, hәr yerdә mәn,
Dәrmanım çox dәrdә mәn.
Hәr qurultay oldumu,
Әylәşirәm orda mәn.
Yoxsulun yoldaşıyam,
Rәncbәrin sirdaşıyam.
Әmәkçi xalq üçün mәn,
Bәzәklәrin başıyam.
De dәrdini yazana,
Bu yollarda gәzәnә,
Açıqdır mәrmәr sinәm,
Oğul istәr qazana.
Adım pambıq, üzüm ağ,
Yay günündә canım sağ.
İndi dövran mәnimdir,
Bәxtim ötkün, kefim çağ.
Aprel 1931-ci il
1 Herodotun rәvayәtinә görә, Misir Fironu Makedoniyaya hәdiyyәlәr göndәrdiyi zaman
pambıqla bәzәnmiş bir şey göndәrmişdi.
1 Almanca pambığa, Die Baunballa deyirlәr. Ağac yunu mәnasındadır.