Milyonçunun xitabı
Bomboş yaşa, milyonlara sahibsən əgər, gəl,
Yoxsa bizim eyş aləminə olma bir əngəl.
Əngəl, əvət, əngəl, neçün əldə qələmin var,
Könlündə də min dürlü qəmin var, əməlin var.
Əngəl, əvət, əngəl, neçün ərbabi-qələmsən.
Xud dərdü vərəmsən də, bütün qüssəvü qəmsən,
Mən xərc eləyən pulları gördigdə, a nəkbət!
Neyçün yaxıyor qəlbini nirani-bəxalət,
Fəryad ediyorsan, nə bilim, \"millət oyanmaz\",
Varsun o oyansun ki, pulun qədrini qanmaz.
Dünyadə cəhənnəm keçiyor ömri, həyati,
Get-get, məni ürfanə tərəf çəkmə, çağırma,
Ürfan qara puldur, qara pul, sus da, bağırma,
Bu səndə olan aclığa ürfanmı deyirlər?
Pulsuz-pinəsiz kəslərə insanmı deyirlər?
Əhli-qələmin cavabı
Ya səndə olan kəlləyə ovdanmı deyirlər?
Vicdanına, insafına milyanmı deyirlər?
Altunlu məgəssən, özini sanma bəşərdən,
Insanlıq adın, çəkmə də, doldır cibi zərdən,
Get şantana, get restorana, iç meyi, eyş et,
Gəldikdə ölüm həsrətilə yumbalan öl, get.
Yeksər unudulsun sənin ol olmayan adın,
Nifrətlə səni yad eləsin ta ki nəjadın.
Ölsəm mən əgər, bir neçə kağızdan ibarət
Asarım olar anlayana rəhbəri-ibrət.
Sən də kişisənsə, qızılınla bir əsər yap,
Iştə bu əsərlə əbədi ölməyən ad tap.
1919