Gәldi çavuş, etdi dәqqәlbab;
Yığışın qapıya, için qәndab!
Udmuşam min tümәn qumardә çün,
Gedirәm Kәrbәlayә ba әhbab.
Satmışam әskik, almışam artıq.
Soymuşam xәlqi, olmuşam әrbab.
Vermişәm puli-qәlp sәrracә
Almışam at üçün yәhәr, әsbab.
Qәrzi bәqqalı eylәdim inkar,
Çünki vermişdi muşimürd doşab.
Aldım әttaridәn bir az nisyә
Çayü, dәsmalü şәkkәrü corab,
Dedi: Pul ver! Dedim ki: Borcum çox!
Dedi: And iç!-mәnә o xanәxәrab.
Hәr cәhәtdәn mәni hәlak elәsin
Mәrdi-mәrdanә, ya ülul-әlbab!