Xanım һey!
Məgәr, xanım, bir gün Oğuz oturarkәn üstünә yağı gәldi. Dün içindә ürkdü, köçdü. Qaçıb gedәrkәn Aruz qocanın oğlancığı düşmüş, bir aslan bulub götürmüş, bәslәmiş.
Oğuz yenә әyyamla gәlib yurduna qondu.
Oğuz xanın ilxıçısı gәlib xəbәr gәtirdi, aydır:
- Xanım! Sazdan bir aslan çıxar, at urar, apul-apul yürüşü adam kimi, at basuban qan sümürәr. Aruz aydır:
- Xanım! Ürkdüyümüz vaqtin düşәn mәnim oğlancığımdır bәlkә? - dedi.
Bəylәr mindilәr, aslan yatağı uzərinә gәldilәr. Aslanı qaldırıb oğlanı tutdular. Aruz oğlanı alıb evinә gәtirdi.
Şadlıq etdilәr, yemә-içmә oldu. Amma oğlanı nә qәdәr gәtirdilәrsә durmadı, geri — aslan yatağına vardı.
Geri tutub gәtirdilәr. Dәdәm Qorqud gәldi, aydır:
- Oğlanım! Sәn insansan, һeyvanla müsaһib olmağıl! Gәl yaxşı at min, yaxşı yigitlәrilә eş yort - dedi. - Ulu qardaşın adı Qıyan Səlcuqdur, sәnin adın Basat olsun! Adını mәn
verdim, yaşını Allaһ versin, - dedi.
Oğuz bir gün yaylaya köçdü. Aruzun bir çobanı vardı. Adına Qonur Qoca Sarı çoban derlәrdi. Oğuzun önüncә bundan әvvәl kimsәnә köçmәzdi.
Uzun Binar deməklә mәşһur bir binar vardı. Ol binara pәrilәr qonmuşdu. Nagaһandan qoyun ürkdü.
Çoban erkәcә qaqdı, ilәri vardı. Gördü kim, pәri qızları qanad-qanada bağlamışlar, uçarlar. Çoban kәpәnəyini üzәrlәrinә atdı, pәri qızının birini tutdu, tәmә edüb dərһal cima elәdi. Qoyun ürkmәyә başladı. Çoban qoyunun önünә səyirtdi. Pәri qızı qanad urub uçdu, aydır:
- Çoban, il tamam olıcaq mәndә әmanәtin var, gəl, al - dedi. Amma Oğuzun başına zaval gәtirdin! - dedi.
Çobanın içinә qorxu düşdü. Amma qızın dərdindәn bәnizi sarardı.
Zamanla Oğuz yenә yaylaya köçdü. Çoban yenə binara gәldi. Yenә qoyun ürkdü. Çoban ilәri vardı, gördü kim, bir yığanaq yatıb, yıldır-yıldır yıldırır.
Pәri qızı gәldi, aydır:
- Çoban! Әmanәtin gәl al! Amma Oğuzun başına zәval gәtirdin - dedi.
Çoban bu yığnağı görcәk ibrәt aldı, geri döndü, sapan daşına tutdu. Urduqca böyüdü. Çoban yığanağı qoydu qaçdı, qoyun ardına düşdü.
Mәgәr ol dәm Bayındır xan bәylәr ilә seyrana yetmişlәrdi. Bu binarın üzәrinә gəldilәr. Gördülәr ki, bir ibrәt nәsnә yatır. Başı-... bəlirsiz. Çevrә aldılәr. Endi bir yigit, bunu tәpdi. Tәpdikcә böyüdü. Bir qaç yigit dәxi endilәr, tәpdilәr. Tәpdiklәrincә böyüdü. Aruz qoca dәxi enüb tәpdi, maһmızı toxundu, bu yığanaq yarıldı, içindən bir oğlan çıxdı. Gövdәsi adam, tәpәsindә bir gözü var. Aruz aldı bu oğlanı әtәyinә sarıdı. Aydır:
- Xanım, munu mana verin! Oğlum Basatla bəslәyәyin - dedi.
Bayındır xan:
- Sәnin olsun! - dedi.
Aruz Tәpәgözü aldı, evinә gәtirdi. Buyurdu bir dayә gәldi әmcәyini ağzına verdi. Bir sordu - olanca südün aldı iki sordu - qanın aldı, uç sordu - canın aldı. Bir qaç dayә kətirdilәr, һәlak etdi.
Gördulәr olmaz, süd ilә bәslәyәlim dedilәr. Gündә bir qazan süd yetmәzdi.
Bәslәdilәr, böyüdü, gәzәr oldu. Oğlancıqlarla oynar oldu. Oğlancıqların kiminin burnun, kiminin qulağın yemәyə başladı. Әl-һasili, ordu bunun ucundan qatı incindilәr. Aciz qaldılar. Aruza şikayәt edib ağladılar.
Aruz Tәpәgözü döydu, söydü, yasaq elәdi, uslamadı. Axır evindәn qovdu.
Tәpәgözün pәri anası gәlib oğlanın barmağına bir üzük keçirdi.
- Oğul! Sәnә ox batmasın! Tәnini qılıc kәsmәsin! -dedi. Tәpәgöz Oğuzdan çıxdı. Bir uca dağa vardı. Yol kәsdi, adam aldı, böyük һәrami oldu. Üzәrinә bir qaç adam göndərdilәp, ox atdılar - batmadı, qılıç urdular - kәsmәdi. Süküylә sancdılar - elәmәdi. Çoban-çoluq qalmadı, һop yedi. Oğuzdan dəxi adam yemәyә başladı.
Oğuz yığılıb üzәrinә vardı. Tәpәgöz görüb qaqdı. Bir ağacı yerindәn qopardı, atıb әlli-altmış adam һәlak elədi, Alplar başı Qazana zәrb urdu, dünya başına dar oldu. Qazanın qardaşı Qaragünә Tәpәgöz әlindә zәbun oldu. Dözən oğlu Alp Rüstәm şәһid oldu. Uşun Qoca oğlu kimi pәһlәvan әlində şəһid oldu. Aruq candan iki qarındaş Tәpәgöz әlindә һәlak oldu. Dәmir donlu Mumaq әlindә һәlak oldu. Bığı qanlı Bәydüz Әmәn onun әlindә zәbun oldu. Ağ sağqallı Aruz qocaya qan qusdurdu. Oğlu Qıyan Sәlcuqun ödü yarıldı.
Oğuz Tәpәgözә kar çılamadı, ürkdü, qaçdı, Tәpəgöz çevrib önün aldı, Oğuzu salı vermәdi, geri - yerinә qondurdu.
Әlһasil, Oğuz yeddi kәrә ürkdü. Tәpәgöz önün alıb yeddi kәrә yerinә gәtirdi. Oğuz Tәpәgöz әlindә tamam zәbun oldu.
Vardılar Dәdo Qorqudu çağırdılar, onunla danışdılar, - gәlin, kәsim kәsәlim! - dedilәr.
Dәdәm Qorqudu Tәpәgözә göndәrdilәr. Gəldi, salam verdi.
Aydır:
- Oğul, Tәpәgöz! Oğuz әlindә zәbun oldu, bunaldı. Ayağın toprağına mәni saldılar. Sәnә kәsim verәlim derlər - dedi.
Tәpәgöz aydır:
- Gündә altmış adam verin yemәyә! - dedi.
Dәdә Qorqud aydır:
- Bu vәcһilә sən adam qoymaz, tükədәrsәn - dedi. Amma gündә iki adam ilә, beş yüz qoyun verәlim - dedi.
Dәdә Qorqud belә dekәc Tәpəgöz aydır:
- Xoş, oylә olsun! Udmanam, mәnә iki adam verin, yeməyim mәnim bişirsin, mәn yeyәyim! - dedi.
Dәdә Qorqud döndü, oğuza gәldi, aydır:
- Yüklü Qoca ilә Yapağlı Qocayı Tәpәgözә verin, aşın bişirsin - dedi vә һәm gündә iki adam ilә beş yüz qoyun istәdi - dedi.
Bunlar dәxi razı oldu. Dörd oğlu olan birin verdi, üçü qaldı. Üç olan birin verib, iki qaldı. İki olan birin verdi, biri qaldı.
Qapıqqan derlәr bir kişi var kdi, iki oğlu var idi. Bir oğlun verib, biri qalmış idi. Geri növbәt dolanıb ona gəlmişdi.
Anası fәryad edib ağladı, zarlıq elәdi. Mәgәr, xanım Aruz oğlu Basat ğәzayә getmiş idi, ol mәһәldә gәldi.
Qarıcıq aydır:
- Basat şimdi ağından gәldi. Varayın, bolay ki, mәnә bir əsir verәydi, ağlancığım qurtaraydım, - dedi.
Basat altunlu günlüyün tikib otururkәn, gördülәr ki, bir xatun kişi gәlir. Gәldi içәri, Basata, girdi, salam verdi, ağladı:
- Ovcuna sığmayan әlikli oğlu әrdil! Tәkә buynuzundan qatı yaylı! İç Oğuzda, Daş Oğuzda adı bәlli, Aruz oğlu xanım Basat! Mәnә mәdәd! - dedi.
Basat aydır:
- Nә dilәrsәn?
Qarıcıq aydır:
- Yalançı dünya üzündә bir әr ğöpdu. Yaylımında Oğuz elin qondurmadı. Qara polad üz qılıclar kәsәn qılını kәsdirmәdi. Qarğu cida oynadanlar ildirәmәdi. Qayın oxu atanlar kar qılmadı. Alplar başı Qazana zәrb urdu. Qardaşı Qaragünә әlindә zәbun oldu. Ağ saqqallı baban Aruza qan qusdurdu. Meydan üzuüdә qardaşın Qıyan Sәlcuq ödü sındı, can verdi. Qalın Oğuz bәylәrin dәxi kimini zәbun edib, kimini şәһid elәdi. Yeddi qatla Oğuzu yerindәn sürdü. Kәsim dedi, kәsdi. Gündә iki adam, beş yuz qoyun istәdi. Yüklü Qoca ilә Yapağlı Qocayı ana xidmәtkar verdilәr. Dörd oğlu olan birin verdi. Üç olan birin verdi, iki olan birin verdi. İki oğlancığım vardı, birin verdim, biri qaldı. Çevrüldü, növbәt geri mәnә gәldi. Onu dәxi istәrlәr, xanım! Mәnә mәdәd! - dedi.
Basatın qaranqu gözlәri yaşla doldu. Qarındaşı üçün söylәmiş, görәlim, xanım, nә söylәmnş.
Aydır:
Qıraq yerdә tikilmiş otaqların
O zalım yıxdırdı ola qardaş!
Yüyürәk olan atların tovlasından
O zalım seçdirdi ola qardaş!
Bәsәrәk dәvәlәrin qatarından
O zalım ayırdı ola qardaş!
Şulәnindә qırdığın qoyunun
O zalım qırdı ola qardaş!
Küvəncimlә gәtirdiyin gәlinciyin
O zalım sәndәn ayırdı ola qardaş!
Aq saqqallı babamı
Oğul deyü ağlatdın ola qardaş!
Ağca yüzlü anamı
Oğul deyü sızlatdın ola qardaş!
Qarşı yatan qara dağım yüksәyi qardaş!
Axındılı görklü suyum daşğını qardaş!
Güclü belim qüvvәti,
Qaranqu gözlәrimin aydını qardaş!
Qardaşımdan ayrıldım - deyü çox ağladı, zarlıq qıldı. Ol xatun kişiyә bir әsir verdi:
- Var, oğlunu qurtar! - dedi.
Xatun aldı, gәldi, oğlu yerinә verdi. Hәm oğlum gәldi deyü Aruzu muştladı. Aruz sevindi, qalın Oğuz bəylәrilә Basata qarşı gәldi. Basat babasının әlin öpdü. Ağlaşdılar, bozlaşdılar, anasının evinә gəldi, anası qarşı gәldi, oğlancığını qucdu.
Basat anasının әlin öpdü. Görüşdülәr, bozlaşdılar. Oğuz bәylәri dәrildi. Yemәlәr-içmәlәr oldu.
Basat aydır:
- Bәylәr, qardaş uğrunda Tәpәgöz ilә bölüşürәm, nә buyurarsınız? -dedi
Qaza bәy burada söylәmiş, grәlim, xanım, necә söylәmiş.
Aydır:
Qara әvrәn ğopdu Tәpәgöz,
Әrş üzündә çevirdim, alımadım Basat!
Qara qaplan qopdu Tәpәgöz,
Qara-qara dağlarda çevirdim, alımadım Basat!
Qoğan aslan qopdu Tәpәgöz,
Qalın sazlarda çevirdim, alımadım Basat!
Әr olsan, yey olsan
Mәrә, mәn Qazanca olmayasan, Basat!
Ağ saqqallı babanı ağlatmağıl!
Ağ birçәkli ananı bozlatmağıl!
Basat aydır:
- Әlbәttә, vararam!
Qazan aydır:
- Sәn bilirsәn!
Babası ağladı, aydır:
- Oğul, ocağımı issiz qoyma! Kərəm elә, varma! – dedi.
Basat aydır:
- Yox, ağ saqqallı әziz baba, vararam - dedi.
Uslamadı, belәyindәn bir tutam ox çıxardı, belinә soxdu, qılıcın һəmail quşandı, yayın qarısına buraxdı, әtәklәrin qıvradı, babasının, anasının әlin öpdü, һallalaşdı:
- Xoş qalın! - dedi.
Tәpәgöz olduğu Sallaxana qayasına gəldi. Gördü Təpәgöz günә qarşı arxasın vermiş yatır. Çәkdi, belindən bir ox çıxardı, Tәpәgözün bağrına bir ox urdu. Ox keçmədi, paralandı. Bir dәxi atdı, o dәxi para-para oldu.
Tәpәgöz qocalara ayıtdı:
- Bu yerin sinәyi bizi üşündürdü - dedi.
Basat bir dәxi atdı, ol dәxi paralandı. Bir parçası Tәpəgözün önünә düşdü. Tәpәgöz sıçradı, baxdı, Basatı gördü, әlin-әlinә çaldı, qas-qas güldü, qocalara aydır:
- Oğuzdan yenә bizә bir türfәndә quzu gәldi, - dedi.
Basatı önünә qatdı, tutdu, boğazdan sallandırdı, yatağına gәtirdi, әdüyünün qüncünә soxdu. Aydır:
- Mәrә, qocalar! İkindi vaxtı munu, mәnə çevirәrsiz, yeyəm - dedi, yenә uyudu.
Basatın xәncәri vardı. Әdüyini yardı, içindәn çıxdı.
Aydır:
- Mәrә qocalar! Munun ölümü nәdәndir?
Ayıtdılar:
- Bilmәziz. Amma gözündәn qeyri yerdә әt yoxdur - dedilәr.
Basat Tәpәgözün başı ucuna gәldi, qapaq qaldırdı, baxdı, gördu ki, gözü әtdir. Aydır:
- Mәrә qocalar! Süklüyü ocağa qoyun qızsın! - dedi.
Süklüyü ocağa buraxdılar, qızdı. Basat әlinә aldı. Adı görklu Mәһәmmәdә salavat gәtirdi. Süklüyü Təpәgözün gözünә elә basdı kim, Təpәgözün gözü һәlak oldu. Şöylә nәrә urdu, һayqırdı kim, dağ vә daş yanqulandı.
Basat sıçradı qoyun içinә, mağaraya düşdü. Tәpәgöz bildi kim Basat mağaradadır. Mağaranın qapısını alıb bir ayağın qapının bir yanına, birin dәxi bir yanına qoydu, aydır:
- Mәrә, qoyun başları, erkәc! Bir-bir gәl keç! - dedi.
Qoyunlar bir-bir gәlib keçdi, һәr birinin başlarını sığadı.
- Toğlucuqlar, dövlәtim saqar qoç, gәl keç! - dedi.
Bir qoç yerindәn qalxdı, gәrinib söndü. Dәfi Basat qoçu basıb boğazladı, dәrisini üzdü, quyruğu ilә başını dәridәn ayırmadı, içinə girdi, Tәpәgözün önünә gәldi.
Topәgöz bildi kim, Basat dәri içindәdir. Aydır:
- Ey saqar qoç! Mәnim nerәdәn һәlak olacağım bildim. Şöylә çalayım sәni mağara divarına kim, quyruğun mağarayı yağlasın! - dedi.
Basat qoçun başını Tәpәgözün әlinә sundu.
Tәpәgöz buynuzundan bәrk tutdu, qaldırcaq buynuz dәrilә əlindә qaldı. Basat Tәpәgözün budu arasından sıçrayıb çıxdı. Tәpәgöz buynuzu götürüb yerә çaldı.
Aydır:
- Oğlan, qurtuldunmu?
Basat aydır:
- Tanrım qurtardı.
Tәpәgöz aydır:
- Mәrә, oğlan! Al şol barmağımdakı üzüyü barmağına tax, sana ox vә qılıç kar elәmәsin.
Basat aldı üzüyü barmağına keçirdi. Tәpәgöz aydır:
- Oğlan, üzüyu alıb taxındınmı?
Basat aydır:
- Taxındım.
Tәpәgöz Basatın üzәrinә qodu, xәncərlә çaldı, kəsdi.
[Basat] sıçradı gen yerdә durdu. Gördü kim, üzük yenә Təpəgözün ayağı altında yatır.
Təpәgöz aydır:
- Qurtuldunmu?
Basat aydır:
- Tanrım qurtardı.
Tәpәgöz aydır:
- Oğlan! Şol günbәdü gördünmü?
Aydır:
- Gördüm.
Tәpәgöz aydır:
- Mәnim xәzinəm var. Ol qocalar almasınlar. Var, möһürlә! - dedi.
Basat künbәd içinә girdi, gördü kim, altun-axça yığılmış.
Baxaraq kәnduzun unutdu. Tәpəgöz künbədin qapısın aldı.
Aydır:
- Künbәdә girdinmi?
Basat aydır:
- Girdim.
- Şöylә çalayım ki, künbәdlә dardağan olasan! - dedi.
Basatın dilinə bu gәldi kim:
- Lailaһə illәllaһ, Mәһәmmәdәn rәsullillaһ! - dedi.
Haman dәm künbәd yarıldı. Yeddi yerdәn qapı açıldı. Birindәn dışara gәldi.
Tәpәgöz kunbәdә әlin soxdu, elә qacıdı kim, künbәd ziruzәbәr oldu.
Tәpәgöz aydır:
- Oğlan, qurtuldunmu?
Basat aydır:
- Tanrım qurtardı - dedi. Tәpәgöz aydır:
- Sәnә ölum yoxumuş. Şol mağarayı gördünmü?
Basat aydır:
- Gördüm.
Aydır:
- Onda iki qılıc var. Biri qınlı, biri qınsız. O qınsız kәsәr mәnim başımı. Var, gәtir, mәnnn başımı kәs! - dedi.
Basat mağara qapısına vardı. Gördü bir qınsız qılıc durmaz enәr, çıxar. Basat aydır:
- Mәn buna bitәklif yapışmayım - deyib kәndi qılıcın çıxardı, tutdu, iki para böldü.
Vardı, bir ağac gәtirdi, qılıca tutdu. Onu dәxi iki para elədi.
Pәs yayını alinә aldı. Oxla ol qılıc asılan zәnciri urdu. Qılıc yerә düşdu, gömüldü. Kәndü qılıcın qınına soxdu, belçağından ol qılıcın bәrk tutdu, gәldi.
Aydır:
- Mәrә Tәpәgöz! Necəsәn?
Tәpәgöz aydır:
- Mәrә oğlan! Dәxi ölmәdinmi?
Basat aydır:
- Tanrım qurtardı.
Tәlәgöz aydır:
- Sәnә ölüm yoxumuş - dedi.
Çağırıb Tәpәgöz söylәmiş, görәlim, nә söylәmiş. Aydır:
Gözüm-gözüm, yalnız gözüm!
Sәn yalnız gözlә mәm Oğuzu sındırmışdım,
Ala gözdәn ayırdın, yigit, mәni!
Dadlı candan ayırsın qadir sәni!
Elә kim, mәn çәkәrәm göz bükünü,
Heç yigidә vermәsin qadir tanrı göz bu günü —
dedi.
Tәpәgöz yenә aydır:
Qalarda-qoparda, yigit, yerin nə yerdir?
Qaranqu dün içindә yol azsan umun nәdir?
Qaba әlәm götürәn xanınız kim?
Qırış günü öndәn tәpәn alpınız kim?
Ağ saqqallı baban adı nәdir?
Alp ərәn, әrdәn adın yaşırmaq eyib olur,
Adın nәdir, yigit, degil mənә?! - dedi.
Basat Tәpәgözә söylәmiş, görәlim xanım, nә söyləmiş:
- Qalarda-qoparda yerim Günortac.
Qaranqu dün içindә yol azsam umum allaһ.
Qaba әlәm götürәn xanımız Bayındır xan.
Qırış günü öndən tәpәn alpımız Salur oğlu
Qazan.
Anam adın sorar olsan, Qaba Ağac,
Atam adın deyirsәn Qoğan Aslan.
Mәnim adım sorarsan Aruz oğlu Basatdır – dedi.
Tәpәgöz aydır:
- İmdi qardaşlar, qıyma mana! - dedi.
Basat aydır: - Mәrә qavat!
Ağ saqqallı babamı ağlatmışsan.
Qarıcıq ağ birçәkli anamı bozlatmışsan.
Qarındaşım Qıyanı öldürmüşsәn.
Ağca üzlü yengəmi dul elәmişsәn.
Ala gözlü bәbәklәrin öksüz qoymuşsan.
Qormıyam sәni?
Qara polad üz qılıcım dartmayınca.
Qafalı, börklü başın kəsmәyincə,
Alca qanın yer uzünə tökmәyincә,
Qardaşım Qıyanın qanın almayınca
Qomazam — dedi.
Təpəgöz burada söylәmlş, aydır:
Qalxıban yerimdən duram derdim.
Qalın Oğuz bәylәrindәn әһdim pozam derdim.
Yenidәn doğanın qıram derdim.
Bir gәz adam әtinә doyam derdim.
Qalın Oğuz bәylәri üzәrimə yığılıb gəlo derdim.
Qaçubәni Sallaxana qayasına girәm derdim.
Ağır mancılıq daşla atam derdim.
Әnib, daş başıma düşübәn, elәm derdim.
Ala gözdәn ayırdın, yigit, mәni!
Dadlı candan ayırsın qadir sәni! - dedi.
Təpәgöz bir dәxi söylәmiş, aydır:
Ağ saqqallı qocaları çox ağlatmışam,
Ağ saqqalı qarışı tutdu, ola, gözüm səni.
Ağ birçәkli qarıcıqları çox ağlatmışam,
Gozü yaşı tutdu ola, gözüm sәni.
Müçağı qararmış yigitciklәri çox yemişәm,
Yigitliklәri tutdu ola, gözüm sәni.
Әlcigәzi xınalı qızcığazları çox yemişәm,
Qarışçıları tutdu ola, gözum, sәni.
Elә kim çәkirәm mən göz bükünü,
Heç yigidә vermәsin qadir tanrı göz bu günü.
Gözüm, gözüm, ay gözüm!
Yalqız gözum! [ay gözüm!] - dedi.
Basat qaqıb yerindәn duru gәldi. Buğra kimi Təpәgözü dizi üzәrinә çökdürdü. Tәpәgözün kәndü qılıcı ilә boynunu urdu, dәldi, yay girişin taxdı, sürüyә-sürüyә mağara qapısına gәldi. Yüklü Qoca ılә Yapağlı Qocayı Oğuza muştçu göndәrdi.
Ağ, boz atlar minibәn yürüşdülәr. Qalın Oğuz ellәrinә xәbәr gәldi. At ağızlı Aruz qoca evinә çapar gәldi, atasına Basatın sevinc verdi.
- Muştuluq! Oğlun Tәpәgözü tәpәlәdi - dedi.
Qalın Oğuz bәylәri yetdilәr. Sallaxana qayasına getdilәr. Tәpәgözün başın ortaya gәtirdilәr.
Dәdəm Qorqud gәlibәn şadlıq çaldı. Qazi әrənlәr başına nə gәldiyin ayıdı verdi. Hәm Basata alqış verdi:
- Qara dağa yetdiyindә aşıt versin!
Qanlı-qanlı sulardan keçid versin! - dedi.
Әrliklә qardaşın qanın aldın. Qalın Oquz bәylәrini bükdәn qurtardın. Qadir Allaһ üzünü ağ etsin, Basat! - dedi.
Ölüm vaxtı gәldikdә arı imandan ayırmasın! Günaһınızı adı görklu Mәһәmmәd Mustafaya bağışlasın!