Keçi һündür bir yarğana dırmaşır. Canavar onu görür, tutub yemәk istəyir. Ancaq yarğana çıxmağa qorxur. Canavar Keçiyə deyir:
- Ay bәdbəxt, bu genişlikdә düzәnliyi, çәmənliyi qoyub sıldırımın başına niyə dırmanmısan? Allaһ elәmәsin, oradan yıxılsan, tikәn belə əlә gəlmәz.
Keçi Canavara deyir:
- Sən yəni məndәn çox mənim qayğıma qalırsan? Әla bilirәm ki, düzənliyə enən kimi sәnin naһarın olacağam.