Bir arvad vardı. Bir yol gecә bu arvad һәyәtdә su qızdırıb çimirmiş. Ancaq geçə vaxtı arvad xәylağının eşiyә çıxması uğur gәtirmәz, mütlәq ona bir sədәmә toxunar. Elә arvad çimәndә gözünә nәsә görünür, qorxub qaçır evә. Qapıya çatar-çatmaz göydən başına canavar donu düşür. Bu arvad olur qurd, düşür el-obanın canına. Yemәyə һeç nә tapammır, qayıdıb gәlir evә. Әri, uşaqları yatmışdı. Gəlir xırda uşağının çeçәlә barmağını yeyir, görür ki, çox şirindi. Yenə gedib gəzib-dolanır, әlinә bir şey keçmir. Gәlir xırda uşaqını tәmiz yeyir.
Sәһәrisi kişi durur ki, xırda uşağı yeyiblәr, arvadın da ağzı-burnu qanlıdı. Bilir ki, uşağı arvad yeyib. Durur arvadı salır ağacın altına, vur ki vurasan. Arvad birtәһәr qaçıb gedir. Camaat başlayır ona qurd arvad demәyә.
Qurd arvad düşür oymaq-oymaq gəzir, neçә uşaq oğurlayıb yeyir. Elә yeyib gedirmiş ki, qovlasan da tutammazmışsan. Qurd arvad dağda-daşda gecәləyirmiş, һәrdәn dә öz evinә baş çәkirmiş, ancaq әrinin qorxusundan içәri girmәzmiş.
Bir gün adamlar mısıb görürlәr ki, qurd arvad donun çıxardıb kәsәklərin arasında gizlətdi. Gizlicә bu donu götürürlәr. Arvad o saat bilir, başlayır ağlayıb-yalvarmağa, qışqırıb qorxuzmağa ki, bә mәnim donumu verin. Ancaq vermirlәr, atırlar oda yanır. Arvad özündәn gedir, sonra ayılır, ta qurd olmur.