Sərim ol payə fəda kim, şəhi-xubanə gedər,
Sədqə can ol gözə kim, baxmağa cananə gedər.
Qətreyi-dürri-ərəq çahi-zənəxdanında,
Kuyiya Yusifi-Misri çəhi-zindanə gedər.
Küfri-çeşmi çərisi çeşmimə səf-səf görünur,
Belə məlum genə fəthi-müsəlmanə gedər.
Çürmi-aləm nədir, ey şux, xədəngi-ğəmzən
Qətli-am etmək üçün hər biri bir yanə gedər.
Xətti-növxizmidir dövri-ləbində, yoxsa
Ləşkəri-Hind tutub Rumi Bədəxşanə gedər.
Daneyi-xal həvasilə uçar dil mürğü,
Dami-geysular alıb çevrəsin əfsanə gedər.
İstədim yarə keçən dəmdə deyim dərdi-dilim,
Gördüm olmaz, mey içib, sərxoşü məstanə gedər.
Zakira, cövrü sitəmdən qalanı canımızın,
Az çəkər, tezlik ilə afəti-hicranə gedər.