Ölüncə mən səndən əl çəkməz idim
Bu ayrılıq mana qəzadən oldu.
Əğyar tə nəsindən, möhnət ğəmindən
Sən demə ki, cövrü cəfadan oldu.
Gözəllər şahı mən sana bəndəyəm,
Salma nəzərindən bir əfkəndəyəm,
Həsrəti-zülfündən qara gündəyəm,
Bu sitəmlər mana səbadən oldu.
Zakirəm yəqinən candan keçmişəm,
Meylər kimi əyağlara düşmüşəm,
Bəlalər çəkibən qanlar içmişəm,
Sən kimi gərdəni minadən oldu.