Tökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmiş,
Pərişanlıq görüb badi-səbadən tündxulənmiş.
Əzəldən rütbeyi-mehrab degildi böylə xəlq içrə,
Qaşın taqinə ikram etmək ilə abrulənmiş.
Nə möcüzdür bu kim, bir kəs təkəllüm görməmiş ondan,
Düşüb dildən dilə vəsfi-dəhanın göftgulənmiş.
Fəzayi-hicrdə xari-sitəmdən parələnmiş dil,
Behəmdilləh kim, indi tari-zülfilə rüfulənmiş.
Edib bədməstlik bəzm əhlinə qan udduran badə,
Ləbi-lə\'lin görüb axır xəcalətdən səbulənmiş.
Gətir təşrif, əziza, həsrətindən xəstəhal oldum,
Şikəstə Zakirəm, könlüm sana yen arizulənmiş.