Qatdım əsir zülfi-pərişanə könlümü,
Ayırmasa o silsilədən şanə könlümü.
Xatircəməm, qara günə əzbəs ki, tabı var,
Üz ağ edəndi, göndərə hər yanə könlümü.
Düşmüş şikəst dəlv kimi abruydən,
Salmaz o şux çahi-zənəxdanə könlümü,
Çıxmaz saçı xəyalı könüldən, tikib məgər
Memari-sün əfilərə xanə könlümü?
Dönə-dönə dedim kəzə kim, dincələn deyil,
Gözdən irarə qoyma bu divanə könlümü.
Həddi nədir mənimlə vura laf eşqdən,
Yanmaqda çox görüb özü pərvanə könlümü.
Zakir, yer eylədim səri-ku itləri ara,
Tapşırdım aşinalərə biganə könlümü.