Basdı qədəm başıma sərvi-səhiqamətim,
Keçdi fələkdən yenə dəbdəbeyi-rif\'ətim.
Rəhgüzəri-yardə dəfn qılın cismimi,
Nəli-səməndi düşüb sikkələnə türbətim.
Can quşu məskən tutub, dəymə, səba, zülfünə,
Dərhəm olub aşiyan, dağılı cəm\'iyyətim.
Ol səri-ku itləri içrə yerim var idi,
Adəm idim xəlq ara, özgə idi hörmətim.
Niyyətim oldur dönüm başına pərvanəvar,
Dönsəm əgər başına hasil olur niyyətim.
Pənbeyi-daği-cünun məhz kəfəndir mana,
Billah ölən vəqtdə kimsəyə yox minnətim.
Deyri-xərabat ara bir sənəmə talibəm,
Məscidə yox rəğbətim, mənbərə yox taətim.
Qasimi-kəmqismətəm, qasimi-rəzzaqdən
Dəlq qəba xələtim, nani-cəvin qismətim.