Gecə ta sübhədək fəryad edər könlüm cərəslər tək,
Nola fəryadə yetsən sən də bir fəryadrəslər tək,
Səri-kuyində görsən nəşimi, qəhr etmə, ey zalım,
Aparır hər yer olsa seyli-əşkim xarü xəslər tək.
Dolanır başına, zülfün öpər ol taqi-əbrudən,
Sücud eylər üzari-alına atəşpərəstlər tək.
O gündən mən dili-divanədən əl çəkmişəm, dilbər,
Səgi-kuyinlə həmraz olmaq istər bülhəvəslər tək.
Behəmdillah ki, düzdi-ğəmdən eyməndir könül şəhri,
Dolanır qanlı peykan onda məşəldar əsəslər tək.
Nigari-bimürüvvət çəkdi təndən oxların bir-bir,
Dağılmış xaneyi-dil sərbəsər pozğun qəfəslər tək.
Dedim pərran keçə təndən oxun, biçarə bənd oldu,
Cigər pərkaləsində qanə ğərq olmuş məkəslər tək.
Gözün mərdümləri mückan oxun hər yanə göndərsə,
Duayi-xeyr edər ol mürşidi-sahibnəfəslər tək.
Giribanın tutub məhşər günü Zakir fəğan eylər,
Sağınma yetməyə qevrə, xuda, bu ğeyri kəslər tək.