Kəmali-hüsn ki, sane o sərvi-nazə, verə,
Dəxi nə hacət ona bir də zibi-ğazə verə?
Hədisi-ləli-ləbin görsə hər kitabdə dil,
Gərək ki, rişteyi-çandan ona şirazə verə.
Təkəllümün, dedilər, yar nəqdi-canə verir,
İnanmazam, bu giranmayə dürrü azə verə.
Nə dildə tabü tavan var ki, şərhi-raz qıla,
Nə əl qələm tutar əhvalı yarə yazə, verə.
Sirişki-al ilə kilki-mücə bəyaz rüxə,
Bu iki fərdi yazıb ol dəninəvazə verə.
Rəqib-məhrəmi-bəzmi-vüsal, mən-məhrum,
Rəvadürürmi bu ğüssə məni güdazə verə?
Bu Zakiri edə hicrin fəzayi-ğəmdə həlak,
Həyat ləli-ləbin ğeyrə tazə-tazə verə?