Əlləri qurumuş məşşətə sənin,
Salıb gərdəninə o taq nədi?. -
Məgər ki, dolanır hilal başına
Bəyaz cəbinində o taq nədi?.
Dərs alıb oxudum hərayə gəldim,
Müşkülüm bitmədi hərayə gəldim.
Dərd əlindən yara hərayə gəldim,
Artırdı ğəmimi o taq nədi?.
İş görən hər kəsin öz kamalidi,
Ariflər istəsə öz kamalidi.
Aqibəti yoxdu öz kəmalidi,
Cəhanın zərnişan o taq nədi..
Cəbrail qalanda olar dəmindən,
Lütf edib çıxardı olar dəmindən.
Dürüst oldu pəri olar dəmindən,
Yoxsa yanmış idi, o taq nədi.
Xəstə Zakir, cövə dəymə, buqdan,
Hardan görsən sək rəqibi buqdan üz,
Qorxuram ki, zərər çəkə buqdan üz!.
Bir məkəs pərindən o taq nədi.