Ömürlər səf edib, canlar üzməmiş,
Həmdəm olmaz ey dil, oturan, sana.
Mənzili-məqsudə yetmək istəsən,
Həzrəti-Musa tək oturan sana.
Cigər yandı hərarətdən yox arac,
Şirin canın ğəm oduna yəx arac
,Zülfün alır Hindi-Çindən yəx arac,
Bəndeyi-fərmandır oturan sana.
Sən ağasan mənəm sənin öz gədən,
Dil mürğünə verə bilməz öz gədən.
Dəli könül umub - küsmə öz gədən
Aləm bilir odur oturan sana.
Uca dağlar dərdim ilə yar olmaz,
Bir sinəyə ox dəyməsə yar olmaz.
Əbəs yera cəfa çəkmə yar olmaz
Rəqib ilə durub, oturan sana.
Görməmişəm zülfün kimi tərlanı
Xəstə canım şəfa tapıb tərlanı
Zakir, qəsdin tutmaq isə tərlanı
Çəkilib bir küncə oturan sana.