Dilbər, tər sinədən götür çarqatı,
Qoy bir də görünsün göyçək məmələr.
Həsrətin çəkməkdən canə yetmişəm,
Açsın könlümüzü çiçək məmələr.
Örtüb basdırırsan gül pirəhəndə,
Bu xasiyyət nədir, bilməzəm, səndə?
Qar deyil əriyə nəfəs dəyəndə,
Bir şey deyil yeyək, içək, məmələr.
Eşq əhlinə olsa xoş iltifatın,
Gətirmə adını abi-həyatın;
Şirinlikdə balın, qəndü nəbatın
Tamamı yalandı, görcək-məmələr.
Püstanı boşalan bənzər gəlinə,
İstər……, istər……….
Vermə səd əmanət nadan əlinə,
Əzilməsin o gəmirçək məmələr…
Zakir, hamı dərddən bu dərddi yaman-
Bir kəs ahıl ola sevə növcavan;
Qorxuram diş düşə, tökülə dəndan,
Durmaya ağzımda sürçək məmələr