Bir laçın gözlünün sultani-eşqi
Könül şəhrin alıb xeyli zamandı.
Səri kuyi Kəbəm, qaşı mehrabım,
Müshəfi-hüsnüdür dilimin andı.
Nə üz ilə əl çəkməyim vətəndən,
Biganələr kimi baxaram gendən,
Ədavət yolilə sək rəqib məndən
Bimürvətə hər nə dedi, inandı.
Əmanətim budur, ey bədi-səhər
Dolanıb seyr elə aləmi yeksər,
O üzü dönmüşdən mana bir xəbər
Tezlik ilə yetir, cigərim yandı.
Hər yerdə bir təbib eşitdim, vardım,
Tapmadım dərdimə dərman, axtardım;
Nə mən öldüm bu mehnətdən qurtardım,
Nə cövrü çəfadan dilbər usandı.
Cünun olur görən məstanə gözün,
Nəməki söhbətin, məzəli sözün;
Zakir neçə gündür itirib özün,
Əvvəldən bir müddət yaxşı dayandı.