Çubi-“Mollaya”, nişi-“Zənbur”ə
Aqila, bir dəva tapılmazmı?
Bu bəlayi-əzimi-məşhurə,
Alima, bir dua tapılmazmı?
Əsri-axırda “Molla-Nəsrəddin”,
Etdi iğva cəmaəti, bidin.
İşbu “Zənbur” bihəya və ləin,
İndi də qoydu payi-mənşurə
Vay, bir rəhnüma tapılmazmı?
Yoxmu, zi iqtidar bir cindar,
Tas elmində alimü huşyar.
Eyləsin cini qövmünü ehzar,
Eyləsinlər əlac rəncurə,
Bircə alimnüma tapılmazmı?
Aldı ətrafi-ümməti qəmlər,
Getdi əldən şərvəti-əthər,
Hardadır Giv, Tus, Rüstəmlər
Payimal oldu mollalar murə,
Ah, bir canfəda tapılmazmı?
Ah, əfsus, olduq avarə,
Abru getdi, yandıq odlarə.
Yoxmu bu mübtəlayi bir çarə?
Oldu viranə qəlbi-məmurə...
Bu qəmə intəha tapılmazmı?
Bircə möcüznüma tapılmazmı?
Rəbbəna, rəbbəna! Tapılmazmı?
Şəmşirək
“Zənbur”, 1909, N 36.