Mən oylə bilirdim ki, mana yarsən,
Aqilü fərzanəvü huşyarsən.
Əhdli, peymanlı, vəfadarsən.
Mən nə bilim şeyxlə həmkarsən,
Tənbəlü biqeyrətü biarsən!
Parçalayır sinəni İran səsi,
Milləti-məzlum, pərişan səsi.
Gündə gəlir qan səsi, viran səsi,
Yoxsa eşitmir qulağın, karsən,
Ax, necə bihimmətü biarsən!
Sən hələ məxmuri-meyü çorsu bəng,
Ümməti-biçarədə yox ruhü rəng.
Hey atılır ərzimizə tir, səng.
Səktələnir: olma xəbərdar sən,
Çünki özün zülmə tərəfdarsən!
Qaldı vətən təhlükədə, xofnak,
Batdı qızıl qanə o torpaği-pak.
Etmədin əsla qəminə iştirak.
Abdəsən, nəxleyi-bibarsən,
Ölməyə, billahi, səzavarsən!
Bilmədim istəklisən əğyar ilən,
Şah ilə, həm şeyx ilə, əşrar ilən,
Qurbağa, kərtənkələ, şəhmar ilən,
Zalimü cabbarla həməfkarsən!
Fitnə-fəsad əhlinə sərkarsən!
Fasiqü bidinə həvadarsən!
Əskicə kalayə xridarsən!
Alimi-biməntiqü biarsən!
Şəmşirək
“Zənbur”, 1909, № 17.