Sakini qürbətdir, ismi filankəs,
Bu gün gördüm canan gəzən yerləri.
Halım pərişandır, könlümdür şikəst,
Yenə gəldi mənə eşqin əsəri.
Bir yerdə olmasa güllü gülüstan,
Fərar eylər ordan bülbül hər zaman,
Behiştdə olmasa huriyü qılman,
Əziz olmaz onun abi-Kövsəri.
Bildir bu yer idi cənnəti-aləm,
Bu il firavandır möhnət ilə qəm,
Həqir oldu Dilqəm, görmədi həmdəm,
Ziba sənəm burdan gedəndən bəri.