Ərizə yazaram sabah yelindən,
Ərizəm xanıma yetişirmi ola?
Fələk məni tərki-Vətən eylədi,
Nazlı yar əhvalım soruşurmu ola?
Əzəldən aşiqəm tuti dillərə,
Müsəlsəl saçlara, siyah tellərə,
Axdı eynim yaşı, döndü sellərə,
Yar içən sulara qarışırmı ola?
O qızıl gülləri dərməyən Dilqəm,
Dərib pinhan yerə sərməyən Dilqəm,
Bu dünyada yarı görməyən Dilqəm,
Ya Rəb, o dünyada görüşürmü ola?