Sənubər qamətli, sürahi gərdən,
Könül əl götürməz elə dilbərdən.
Göydə mələklərdən, yerdə bəşərdən,
Hüsni-vəcahətdə bir əfsər gördüm.
Deyib danışmadım, boyladım gərdən,
Ağıl başdan getdi, dizlərim girdən,
Bir çux qıya baxdı, huş aldı sərdən,
O cadu gözlərdə bir əməl gördüm.
Dilqəməm, qarşıma çıxdı xuraman,
Bir şəbi-eldadə, bir mahi-taban,
Göyüsləri mucrum, qaşları kaman,
Zülfi-siyahini müsəlsəl gördüm.