Eylədi çün şəhri Tiflis içrə sükna “Şərqi-rus”
Saldı sayə aləmə çün nəxli-tuba “Şərqi-rus”.
Rəşki-aləm eylədi bu şəhri ol alicənab,
Türfə mətləb, türfə məqsəd, türfə məva “Şərqi-rus”
Açdı çox nitqi-göhərbarü dürəfşani-məqal,
Əhli-aləm eylədi kəsbi-təcəlla “Şərqi-rus”.
Zülməti-heyrətdə qalmışdı təmam islamiyan,
Oldu bu zülmətsəradə nuri-beyza “Şərqi-rus”.
Qeyri millətlər içində qalmış idik kur tək,
Türfə bəxş etdi bizə bir fəxri-əzma “Şərqi-rus”.
Qadiri-həyyi-əzəldən cümlə eylər arizu,
Payidar olmaxluğun pir ilə bürna “Şərqi-rus”.
Bu cəridə gündəlik olmaqla, aləm sərbəsər,
Xürrəmə məsrur olub əlavü ədna “Şərqi-rus”.
Bəs bizə vacib deyilmi, boylə bir millətpərəst
Şəxsə etməklik təmənna ömrü-tula “Şərqi-rus”.
Şükrilillah, bəxtəvər millətlərə həmta edib,
Təneyi-əğyardən qıldı mübərra “Şərqi-rus”...
Malü can millət yolunda bəs ki, tərkü sərf edib,
Aşiqi-millətdi bu safü müsəffa “Şəqri-rus”.
Sətlər çün zülfi-mişkinsayi-yari-dilrüba,
Aşiri-canda dili kim, eylər əhya “Şərqi-rus”.
Maşaallah, cilvəli əbruyi-canan tək müdam
Mərhəmətlə eyləyir hər ləhzə iyma “Şərqi-rus”.
Əhsənullah, əhsənullah, əhsənullah, mərhəba,
Həm cəzakəllahu xeyrən yövmi-üqba, “Şərqi-rus”.
Qədrü qiymət hiss edən ariflərə izhardır
Kim, bu millət dərdinə eylər müdava “Şərqi-rus”.
Xaliqi-aləm Məhəmməd Mustafanın həqqinə
Günbəgün, saətbəsaət etsin əla “Şərqi-rus”.
Eyləsin cümlə həsudin dəhrara xarü zəlil,
Kəsməsin icabdən lütfini əsla “Şərqi-rus”.
Var ümidim, Bikəsa, bu nəzm pürsəhvü qələt
Kim, ola məqbuli-dərgahi-əhibba “Şərqi-rus”.
Əli Məmmədov (S)
“Şərqi-rus”, 1904, № 137.