Saqqalı uzun, guşi pühən, naqədəhəndir,
Alnı iki barmaq, gözü dar, boynu kərəndir,
Qamətdə uca, əqldə alçaq, döşü kəndir,
Yüzyaşlı, beli əyri, özü piri-kühəndir.
Gamuş nəfəs, gav qədəm, fil bədəndir,
Əfalı fitən, kari hiyəl, hərfi çərəndir,
Rəftarı acı, söhbəti duzsuz, hədərəndir,
Xudbin, xudavəndi-xirəd, sahibi-fəndir,
Ağzına qapaq xəlqin, ayağına rəsəndir,
Yanında iki kəlmə danışmaq qədəğəndir.
Hatif! Bunu bildir mənə, hansı kəsəyəndir?
Kefsiz
“Molla Nəsrəddin”, 1911, № 31.