Mənim bu təb’i-məcnunim genə bəzmi-şərab istər,
Əlimdə sağəri-zərrin, gözüm məxmuri-xab istər.
Rəfiqim bir büti-ziba, ənisim sağəri-səhba,
Əsasi-eyş pabərca, könül çəngü rübab istər.
Gəhi mütrib nəvasından fərəh bulsun dili-zarım,
Gəhi saqi əyağından ləbim şəhdi-müzab istər.
Bahar olcaq, müsəlmanlar, mənim bu gərdişi-könlüm
Özün meyxanə küncündə yıxıb məstü xərab istər.
Sənəmlər səcdəsi qılmaq Nəbati pişəsi olmuş,
Özün bütlər ayağında təkəllüfsüz türab istər.