Bir zamanlar sənin pəmbə kölgəndə
Pək bəxtiyar idim, nazlı dilbərim.
Hənuz bəxtiyarlıq duyulmaz bəndə,
Yalnız gülümsərdi məhzun gözlərim.
Ayrılıq nə yaman dərd imiş, aman!
Sənsiz halım gündən-günə pərişan,
Vüslət dəmlərini anar da hər an,
İzlər yollarını yorğun gözlərim...
Sənsiz bütün duyğularım bunalmış[i],
Zеhnim, fikrim durmuş, həp dona qalmış,
Uyqum çəkilmiş, gönlümü qəm almış,
Yalnız arar səni vurğun gözlərim.