Bu gün rəsmi keçid var,
Tez toplaşın uşaqlar!
Səslənir şeypur səsi:
Hanı uşaq dəstəsi?
Bu işçi bayramını,
Kolxozçu bayramını
Qarşılayaq sevinclə.
Hamı verib əl-ələ,
Nümayişə gedək biz,
Eli təbrik edək biz.
1928