Oldu bir yolda tülkü qurda düçar,
- Har? – sordu, - gedirsən, ey sərdar[i]?
Dedi qurd: - Ey iki gözüm, ciyərim,
Gedirəm hər yerə düşə güzərim.
Zülmdən qurtarıb olam rahət.
Yaxdı, yandırdı canımı zillət.
Hər zaman ki, məni görür insan,
Öldürür, rəhm etməyir bir an.
Dedi tülkü: - De bir mənə işini;
Aparırsanmı o tamah dişini?
- Harda olsam, gərək olur bu dişim.
Söylə, dişsiz mənim aşırmı işim?
Dedi tülkü: - Əbəsdir bu söhbət,
Ey gözüm, çəkmə boş yerə zəhmət.
Nə qədər ki, səninlədir bu dişin,
Keçəcək hər məkanda böylə işin.
1908