Mənə bədtərdi düzəxdən, əzizim, gülsitan sənsiz!
Odur hər sünbülü susən gözümdə bir tikan sənsiz!
Vəfasız dəhri-dun içrə əgər şəkkər qəzam olsa,
Olur zəhri-həlahil, tutiyi-şirinzəban sənsiz!
Səbəb noldu ki, məndən mehr.kəsdin, mehriban bülbül!
Olub qumri kimi ku-ku yenə virdi-zəban sənsiz!
Xoş ol günlər ki, vəslindən edərdim kami-dil hasil,
Olunca mübtəla hicrə, çıxaydı kaş can sənsiz!
Əlif tək sərv qəddin, can içində getdi, qəmxarim,
Necə aram tutsun, bilməzəm, cism içrə can sənsiz?
Çıxar sübhü məsa əflakə dudi-şöleyi ahim,
Zəbani-halimə kiryan olur kərrubiyan, sənsiz.
Nəzər qıl, qönçeyi-lalə misalı bir-biri üstən
Çəkilmiş sinəmə, gör kim, necə daği-nəhan sənsiz!