Mənim könlüm alan dilbər degilmi?
Ləbi mərcan, dişi gövhər degilmi?
Yüzü zülfün mənim imanım aldı,
Zəhi çin düşməni, kafər degilmi?
Məni heyran edən ol hurizadın
Boyu tuba, ləbi kövsər degilmi?
Şərabi-eşq içən üşşaqə, ey dust,
Ləbin noğul, sözün şəkkər degilmi?
Xətayi şahi-aləm eşigində
Qulami-kəmtər əz Qənbər degilmi?