Yoxdurur aləmdə bir dəx hüsn ilən yarım kimi.
Ya cəmal əhlində kim var ol vəfadarım kimi.
Həsrətindən qəddinin eylə zəif olmuş sənin,
Yel əsəndə titrəşür bu cismi-bimarım kimi.
Ta ki, dün məclisdə ney fəryadü zarım dinlədi,
Ağlaşur bağrın dəlüb bu naləvü zarım kimi.
Əbri-neysandan sorun əhvalimi kim, ol dəxi
Qətrə-qətrə yaş tökər çeşmi-göhərbarım kimi.
Ey Xətayi, gərçi xublar çoxdurur aləmdə, leyk
Olmaya bir dilbər ol şuxi-sitəmkarım kimi.