Cana, cəhanda olmuya məhru sənin kimi,
Məhrudə dəxi gəlmiyə niku sənin kimi.
Qandır mənim susuzluğum, ey abi-ləli-yar,
Girməz əlümə dünyadə bir su sənin kimi.
Əhsən cəmali-hüsninə kim, bağbani-hüsn
Gülşəndə görmədi bitə gülru sənin kimi.
Ey zülfi-dust, dünyadə dur, həm oturma kim,
Düşməz dimağə ənbəri-xoşbu sənin kimi.
Getmə Xətayi çeşmidin, ey əksi-qəddi yar,
Nəmnak yerdə bitməyə qarğu sənin kimi.