Dilbəra, eşqini təndə saxlaram canım kimi,
İstərəm mehrini can təxtində sultanım kimi.
Yasəmən tək rüxlərin gördüm, əya ruhi-rəvan,
Yaşlarım gözdən rəvan oldu yenə qanım kimi.
Qəddini can bağçasında istərəm hər dəmbədəm,
Çeşmeyi-çeşmimdə bit sərvi-xuramanım kimi.
İncimən dərdindən, ey könlüm alan nazik sənəm,
Vardurur mehri-ləbin könlümdə dərmanım kimi.
Ey Xətayi, eşidib hər dəm mənim fəryadimi
Nalə qıldı nöh fələklər ahü əfğanım kimi.