Xəyalın məskənidir can içində,
Yenə Yusif nedir zindan içində?
Gözüm içində ol əksi-cəmalın
Göhər nisbətlüdür ümman içində.
Yüzün səhmindən ol şəkkər dodağın,
Gülüstanıdır, güli-xəndan içində.
Rəqibi qoymagil qapunda, neylər
Bu kafər cənnəti-rizvan içində?
Xətayi görməmişdir qamətin tək
Xuraman sərv heç bustan içində.