Canım tükəndi, həsrəti-cananəyəm yenə,
Şəmi-rüxinə eşq ilə pərvanəyəm yenə.
Zahirdə gərçi dərdi-fəraq oldu həmdəmim,
Batin yüzində yar ilə həmxanəyəm yenə.
Dünya yüzündə eşq ilə zarəm, ey sənəm,
Bir söyləgil ki, üqbarə cananəyəm yenə.
Daim könül quşu ki, düşər dami-zülfinə,
Başdan-ayağa yaralu çün şanəyəm yenə.
Ta kim, Xətayi ahu tək düşdü bəndinə,
Səhradə dərdi-eşq ilə divanəyəm yenə.