Bu gün mən bir büti- məhparə gördüm,
Əlindən yürəgim səd parə gördüm.
Məni səndən sorar olsa səba, de:
- Zəifü xəstəvü avarə gördüm.
Qara zülfin görəndə, ey həbibim,
Könül meyl eylədi zünnarə gördüm.
Çəməndə gəşt edər gördüm həbibi,
Tərəhhüm qılmadı, yalvarə gördüm.
Necə miskin Xətayi qanın içmiş,
Şol iki nərgisi-xunxarə gördüm.