Xəyalımdır mənim, ya düşdə gördüm?
Behəmdullah, cəmalın üştə gördüm.
Sözün hər biri gövhər olduğiçün
Asılmışdır həmişə guşdə gördüm.
Necə ki, bilicisən, əbsəm olgil,
Səadət olmağı xamuşdə gördüm.
Bəlasından bu eşqinin sağıngil,
Yüküş aşiqləri sərgəştə gördüm.
Sənin ol zülfinin hər bir qılını
Xətayi boynuna bir riştə gördüm.