Yüzün görəndə, ey sənəm, Allahə şükr edim,
Sürtüm yüzümni toprağə, dərgahə şükr edim.
Gərçi yüzündən ayrıyam, amma xəyalına
Hicran şəbində gögə baxub mahə şükr edim.
Gər rindəmü məlamətiyü aşiqəm, vəli
Bağrım yaxanda zahidi-gümrahə şükr edim.
Ruzi-əzəldə gördü səni bir nəzər gözüm,
Ömrümcə baxuban o nəzərgahə şükr edim.
Bəndə Xətayi düşmüş idi yardan irağ,
Yetdim çü asitani-şəhənşahə, şükr edim.