Əzəldən eşq ilə divanə gəldim,
Yerim meyxanədir, məstanə gəldim.
Hezaran dona girdim mən, dolandım,
Bu gün xəsm ilə mən meydanə gəldim.
İmamımdır mənim ol şahi-mərdan,
Bu gün nəsli-Əli divanə gəldim.
İmam eşqinə çalaram qılıcı,
Münafiq qırmağa mərdanə gəldim.
Mənəm bunda Xətayi Heydər oğlu,
Çü İsmail kimi qurbanə gəldim.