Ey pərivəş hüsni gəncim, yar, səndən küsmüşəm,
Ləbi şəkkər, dişi incim, yar, səndən küsmüşəm.
Ayda-yildə bir gəzər gözüm görər yüzün sənin,
Ey mənim görki güvəncim, yar, səndən küsmüşəm.
Gögdə istərdim səni, mən yerdə gördüm, bigüman,
Töhfi-qüdrət, mahü əncüm, yar, səndən küsmüşəm.
Yar yarı beylə sorar, ey vəfasız bivəfa?
Həddən ötdü dərdü rəncim, yar, səndən küsmüşəm.
Bu Xətayi gərçi kuyindən dilər dur olmaya,
Vara bilmən çox üşəncim, yar, səndən küsmüşəm.