Ahü vaveyla kim, ol gülrüx pəri yarım gegil.
Mən ona yar oldum, ol yari-vəfadarım degil.
Mən sana bir bəndəyəm, ey yari-dilxahım mənim,
Billah, iqrarımdurur bu sözlər, inkarım degil.
Naseh aydır dün mana: – Tərk eylə anın eşqini.
Vəh nedim kim, ol mənim həmrazi-əsrarım degil.
Sevgili yarın vüsalı xoşdur, amma neyləyim,
Möhnəti-hicran günündə bir mədədkarım degil.
Dilbər aydır: – Ey Xətayi, möhnətimdən çəkmə ğəm,
Kimdürür eşqimdə ol, zarü diləfkarım degil.