Firqətin çəkdim, nigara, şimdi yar olmazmısan?
İxtiyarım getdi əldən, ixtiyar olmazmısan?
İntizarım həddən ötdü, hicr ilən oldum həlak,
Ğəmlü könlüm halinə bir ğəmgüsar olmazmısan?
Düşmədim sevda əlindən, bülbüli-can oldu lal,
Vəqtdir gül çöhrən açıb novbahar olmazmısan?
Munca möhnət çəkdin, ey dil, zülməti-hicran şəbi,
Ol məhin vəslinə yetdin, bəxtiyar olmazmısan?
Gər günahın çoxdur, ey miskin Xətayi, ğəm yemə,
Rəhmətinə xaliqin ümmidvar olmazmısan?