Dilbəra, mahim mənim fərrüx cəmalındır sənin.
Gün dəxi şol tələti-fərxəndə falındır sənin.
Özgə gözlər gögə baxar görmək içün mahi-nov,
Eyd içün mən baxdığım qaşi-hilalındır sənin.
Dinləmən ahəngi-qumri, bülbülin sövti ki var,
Güşi-dildə hər dəmadəm qeylü qalındır sənin.
Munca dəmdir dilbərin gördün vüsalın, ey rəqib,
Çün kəmalə yetmədin, imdi zəvalındır sənin.
Sürməgil mülki-Süleymandan Xətayi xəstəni,
Çünki bir muri-zəifi-payimalındır sənin.