Ta necə xab içində xəyalın görüm sənin,
Vəqtidürür ki, şimdi cəmalın görüm sənin.
Dərdi-fəraq içində qatı zarəm, ey sənəm,
Bir gün ola ki, ruzi-vüsalın görüm sənin.
Yetdi kəmalə, ey ğəmi-hicran, cəfalərin,
Şimdi məhəldürür ki, zəvalın görüm sənin.
Canımni eydi-vəslinə qurban edim rəvan,
Bir gün ola ki, qaşi-hilalın görüm sənin.
Yarəb, Xətayi görməsün ol möhnətü fəraq,
Yetüb vüsalə, rəfi-məlalın görüm sənin.