Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür,
Ucundan dürlü sevdalər xəti-reyhanə düşmüşdür.
Məgər xurşid imiş hüsnin ki, qıldı aləmi rövşən
Kim, ol rəxşəndə ənvari məhi-tabanə düşmüşdür.
Qamış yayını qurmuşsan bizə əz ğəmzə hər saət,
Əya dilbər, onun səhmi, yəqin kim, canə düşmüşdür.
Cəmalın iştiyaqindən eşitməzsən fəğanimni,
Vüsalın iftiraqından könül hicranə düşmüşdür.
Xətayi bəndəyə saqi içirmiş cami-səhbadən,
Görün, meyxanə küncündə, əcəb məstanə düşmüşdür.