Xandadır ol bimisalın ibtidasi, xandadır?
Kim bilir ol küntü kənzin intəhası xandadır?
Gəl bəyan etgil sifati-zatini şərh eylə kim,
Mən sual etdim ona eyni-liqası xandadır?
Kəndü lütfindən yaratdı aləmin mövcudini,
Cümlənin məqsudi şahdır, istivası xandadır?
Ərşü kürsi, cənnətü həm narü tubavü şəcər,
Əbrü badü maü tin əsli-şərası xandadır?
Hər kişi kim zikri xətlən könlünü etməz cila,
Ol nə bilsün bibəsər eşqin səfası xandadır?
Xatəmi-tövhidi hər kim könlünə mehr etmədi,
Ol şəhadət şərhinin bilməz əsası xandadır.
Sən niyaz et, ey Xətayi, kimsə bilməz çün səni,
Məntiqin inşasının həmdü sənası xandadır