Dodağın qənd imiş, bal anda neylər?
Nə nazik xətt imiş, xal anda neylər?
Əlifə nisbət etdim qəddi-dalın,
Əlif üstə əlif, dal anda neylər?
Zahidin geydigi sufü səqərlat,
Fəqirin geydügi şal anda neylər?
Kimin kim malı, mülki, gənci çoxdur,
Gəncü mülk olmayan mal anda neylər?
Xətayi qal evində halə yetdi,
Bu bir hal evidir, qal anda neylər?